Gözlənilməz antiazərbaycan münasibətinin səbəbi
“Dostluq əlaqələri həm dövlətlər səviyyəsində, amma əsas olaraq da xalqlar səviyyəsində daha da gücləndirilməlidir”
Türkiyədə Azərbaycan diasporunun təbliğat və lobbiçilik sahəsində zəifliyi bir daha özünü göstərdi. Qondarma soyqırımı qanununun Fransa senatında qəbul olunmasına qarşı Azərbaycanın susması ittihamı ilə Türkiyə mətbuatında antiazərbaycan yazılarının dərc olunması bunu deməyə əsas verir. Halbuki bu qanuna qarşı istər Azərbaycan dövləti, istərsə də xalqında ən yüksək səviyyədə etirazlar göstərildi. Hətta bəzi maqamlarda Türkiyə tərəfindən atılmayan addımlar Azərbaycan tərəfindən atıldı. Türkiyə sadəcə siyasi sanksiyalar verməklə kifayətləndisə, Azərbaycanda bununla yanaşı, vətəndaş cəmiyyəti tərəfindən iqtisadi embarqoların qoyulması çağırışları edildi. Hətta bəzi qurumlar fransız təşkilatları ilə əməkdaşlığı boykot etdilər.
Dünyanın türkə qarşı çıxdığı bir vaxtda Türkiyə mətbuatının sanki qardaşı-qardaşa qarşı qoyan ittihamlarla çıxış etməsinin nədənini anlamaq olmur. Heç şübhəsiz ki, erməni lobbisi, antitürk qüvvələr Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsindən narahat olur və iki qardaş xalq arasında münasibətləri zəiflətməyə çalışırlar. Onların məqsədi Azərbaycanla Türkiyə arasında fikir ayrılığı yaratmaq və imkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaqdır.
Türkiyədə “Həpimiz erməniyiz, həpimiz Hrantız” şüarı ilə keçirilən nümayişlər, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı əsassız ittihamlar, bu zərərli xəttin Azərbaycanda bəzi siyasi qüvvələr və qəzetlər tərəfindən dəstəklənməsi bir antitürk mərkəzi tərəfindən təşkil olunmuş və idarə edilən prosesdir.
Türkiyədəki İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Camal Məmmədxanxanoğlu qəzetimizə açıqlamasında bunun tamamən yanlış bir dəyərləndirmə olduğunu bildirdi: “Məncə, Azərbaycan ictimaiyyəti və hökuməti, Türkiyə hökuməti və ictimaiyyətindən daha çox təpki göstərdi”.
Azərbaycanla Türkiyə arasında əlaqələrin dərinləşməsini istəməyən qüvvələrə gəlincə, C.Məmmədxanoğlu onların başda ermənilər olmaqla, İran, Rusiya, Amerika və digərlərinin olduğunu vurğuladı. “Bunu ayrıca bildirmək istəyirəm ki, Kürd milliyyətçiləri də Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsindən narahatdır”, deyə soydaşımız bildirdi.
Onun fikrincə, məqsəd iki qardaş ölkə arasında ixtilaf yaratmaqdır. Belə antitürkiyə, antiazərbaycan qüvvələrin cəhdlərini iflasa uğratmaq üçün isə təşkilat sədri təklif edir ki, dostluq əlaqələri, həm dövlətlər səviyyəsində, amma əsas olaraq da xalqlar səviyəsində, daha da gücləndirilməlidir: “”Avroviziya” yarışmasında, azərbaycanlı yarışmaçıların türk bayraqları ilə səhnəyə çıxması Türkiyədə böyük bir jest olaraq görülmüş və böyük simpatiya toplamışdı. Bu bənzər jestləri, həm Türkiyədən, həm də Azərbaycandan etmək lazımdır”.
Azərbaycan diasporu öz
qardaşlıq borcunu yerinə
yetirərək əlindən gələni etdi
Hazırda antiazərbaycan qüvvələr yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını gündəmə gətirmək istiqamətində fəal iş aparırlar. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin zəifləməsi qondarma erməni soyqırımının dünyada tanıtdırılması, ermənilərin Türkiyəyə qarşı ərazi və maliyyə təzminatı iddialarının reallaşdırılması, Azərbaycan ərazilərinin işğalının rəsmiləşdirilməsi üçün düşmən qüvvələrə geniş imkanlar yaradır. Lakin erməni lobbisi və Ermənistanın havadarlarının ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz. Çünki hər iki ölkənin istər rəsmi, istərsə də ictimaiyyəti arasında bir-birinə güclü inam mövcuddur. Ayrıca, qardaş xalqların diasporları bu gün dünyanın müxtəlif ölkələrində birgə fəaliyyət strategiyası həyata keçirirlər. Artıq türk-azəri diasporu öz problemlərini fərqli-fərqli deyil, eyni görür və bir dildən səsləndirirlər. Elə Fransaya qarşı olan etirazlarda da azəri diasporu bunu öz əməli ilə sübut etdi.
Orta Asiyada Azərbaycan diasporlarının baş koordinatoru Akif Ağatalıbov bizimlə söhbətində bildirdi ki, Vətəndən kənarda yaşayan azərbaycanlılar da hər zaman türkləri özlərinə qardaş sayıblar: “Biz Türkiyəni Azərbaycanla ayrılmaz ölkə bilmişik. Ümummilli lider Heydər Əliyevin siyasətini nəzərə alaraq “bir millət, iki dövlət” birliyinə həmişə sadiq olmuşuq. Hər zaman türklərə qardaş gözü ilə baxmışıq”. Onun sözlərinə görə, Fransa senatında qondarma soyqırımı layihəsinin qəbul olunmasına Azərbaycan diasporu da sakit gözlə baxa bilməzdi: “Türkiyə bizə görə Ermənistanla sərhədlərini bağlayıb. Azərbaycanın ən ağır günlərində ona dəstək olub. İndi Türkiyənin təkləndiyi və ona iftira atıldığı gündə Azərbaycan xalqı, eləcə də diasporu öz qardaşlıq borcunu yerinə yetirərək əlindən gələni etdi. Biz heç vaxt Türkiyənin maraqlarını başqa xalqın maraqlarından üstün tuta bilmərik”.
A.Ağatalıbovun fikrincə, bu məsələdə Azərbaycanın soyuq münasibət göstərməsi ilə bağlı deyilənlər ağ yalandır: “Ən çox Azərbaycan buna qarşı çıxdı. Lakin Türkiyədə bunu bilən də var, bilməyən də. Bizi istəməyən qüvvələr daim çalışır ki, Azərbaycan haqqında Türkiyədə mənfi fikir formalaşdırsınlar. İndi bundan istifadə edib iki qardaş xalq arasına narazılıq salmaq istəyirlər. Lakin bu gün Azərbaycan-Türkiyə münasibətləri elə möhkəm bağlar üzərində qurulub ki, onu heç bir qüvvə ayıra bilməz”.
FUAD
-
14/05/2012/ 18:39
“Heydər Əliyev kuboku” turniri başa çatıb -
14/05/2012/ 18:37
Azərbaycan və türk diasporu Nyu-Yorkda ermənilərin dərsini verib -
14/05/2012/ 18:34
“Müxalifət üçün “Avroviziya” son mərhələdir” -
14/05/2012/ 18:29
“İranın siyasi dairələri artan beynəlxalq təzyiqlər fonunda çaşqın durumdadır” -
14/05/2012/ 18:24
Prezident Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul edib -
14/05/2012/ 18:22
ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər -
14/05/2012/ 12:15
Bir vaxtlar şüşə sənəti yoxa çıxdığı kimi keramika da unudulacaq -
14/05/2012/ 12:14
“Azərbaycan həqiqətlərinin yayılması DTGB-nin gündəlik işidir” -
11/05/2012/ 19:02
Müxalifət qorxur

