İrəvan Davos forumuna qatılmaqdan imtina etdi
Ermənistan heç kəs üçün əhəmiyyət kəsb etmədiyini bir daha sübut etdi
Hər il olduğu kimi, bu il də yanvarın 25-də İsveçrənin Davos şəhərində ənənəvi Dünya iqtisadi Forumu keçirilir. Dünyanı narahat edən məsələlər, vəziyyətdən çıxış yolları burada müzakirə olunur. Eləcə də, iştirakçı ölkələrə daha çox investisiya cəlb etmək üçün Davos yaxşı imkan kimi qiymətləndirilir.
Bütün sahələrdə tənəzzül edən Ermənistan mötəbər tədbirdə iştirak etməkdən imtina edib. Dünya üçün heç bir perspektiv vəd etməyən ölkənin bu cür addım atmasında əslində təəccüblü heç nə yoxdur. Beynəlxalq arenada yaşayan olaylara töhfə vermək iqtidarında olmayan İrəvan iştirakdan imtina etməyini gülünc bəhanələrlə ört-basdır etmək istəyir. “Lragir” qəzetinin yazdığına görə, Ermənistanın maliyyə naziri Tiqran Davityan Davos forumunun ölkəsi üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. Guya bu ölkənin heç bir problemi yoxdur və xarici investisiyaya ehtiyacları qalmayıb. Təbii ki, deyilənlər cəfəngiyatdan başqa bir şey deyil. Xaricdən gələn ianələr hesabına yaşayan bir dövlətin bu tipli açıqlamalar verməsini heç nə ilə izah etmək mümkün deyil.
Erməni mətbuatı da bütün bunların bəhanə olduğunu etiraf edir. Müəllifin sözlərinə görə, hazırda Ermənistanın daxilində ciddi problemlər mövcuddur və elit təbəqə faktiki olaraq bunu həll etmək iqtidarında deyil. Amma İrəvanın Davos forumuna qatılmamasının səbəbi yaınız bu deyil:”İndiyə qədər hökumət bir neçə dəfə burada iştirak edib. Amma hər dəfə geriyə nəticə əldə etmədən qayıdıb. Bu isə onlara qarşı tənqidi fikirlərin artması ilə müşahidə olunur. Əgər hakimiyyət yaranmış vəziyyətdən istifadə edib, xarici investorları Ermənistana cəlb edə bilmirsə, təbii ki, onları səriştəsizlikdə ittiham etməlidirlər. Bu səbəbdən də, guya Davosa qatılmağa ehtiyac olmadığını səsləndirməklə vəziyyətdən çıxmağa çalışırlar”.
Amma Forumda yalnız bu məsələlər müzakirə olunmur. Qlobal dünyaya inteqrasiya, sıx əməkdaşlıq, ölkələr arasında səmimi münasibətlərin formalaşdırılması aktuallığını saxlayır və Ermənistanın bütün bunlara daha çox ehtiyacı var. Faktiki olaraq bir çox ölkələrlə əlaqələri ya yox, ya da çox aşağı səviyyədədir:”Nə qədər qəribə də olsa, İrəvan bunların lazımsız olduğunu rəsmi səviyyədə bəyan edir. Azərbaycan və Gürcüstan prezidentləri iştirak edib, vəziyyətdən öz xeyirlərinə maksimum şəkildə istifadə edəcəklər. Bakının neft-qaz ehtiyatlarına malik olduğunu nəzərə alsaq, onun Forumda iştirakının başqaları üçün də maraqlı olduğunu deyə bilərik. Amma Gürcüstan heç bir halda Ermənistandan üstün deyil. O zaman niyə Tiflis burada təmsil olunur? Səbəb çox sadədir. Burada iştirak hər bir ölkə üçün, o cümlədən Ermənistan üçün mühümdür. İrəvanın verdiyi bəyanatlara və atdığı addımlara heç bir halda haqq qazandırmaq olmur”.
Müəllifin fikrincə, hazırda ölkəsi nəinki dünya dövlətləri ilə, heç qonşuları ilə də rəqabət apara bilmir. İqtisadi problemlər gün-gündən artır. Ölkədə yalnız “supermarket”lər şəbəkəsi inkişaf edir. Bu da bir qrup oliqarxın əlində cəmlənib. Belə bir halda onların Davosda iştirak etməyinə təbii ki, ehtiyac qalmaz. “Supermarket” tikintisi o qədər də böyük vəsait tələb etmir. Buna görə xarici şirkətlərə dəvət göndərmək sadəcə oliqarxların gəlirlərini azalda bilər:”Ermənistanda müasir texnologiyaların inkişafı deyəndə ilk başa düşülən dükanlardakı kassa aparatları olur. Bundan savayı elə bir yenilik tətbiq olunmayıb. Halbuki güclü sərmayə qoyulsa, ölkədə böyük uğurlar əldə etmək mümkün olar. Görünənsə budur ki, rəsmi İrəvan buna cəhd belə etmək istəmir. Vəziyyətin bu şəkildə qalması onlara tamamilə sərf edir. Təbii ki, bu cür düşünülməmiş hərəkətlər gələcəkdə öz mənfi təsirini mütləq göstərəcək. Nəzərə almaq lazımdır ki, iqtisadi böhran hələ bitməyib. Ekspertlərin fikrincə, ikinci dalğa daha dəhşətli olacaq. Beynəlxalq aləm vəziyyətdən çıxmaq üçün birlikdə müzakirələr aparıb, ölkələrinə dəyəcək ziyanı maksimum səviyyədə azaltmağa qərar veriblər. Amma Ermənistan bu cür əlverişli məqamdan imtina etdi”.
Məhəmməd ŞINIXLI
-
22/02/2012/ 18:28
“Əsas hədəfimiz Xocalı faciəsinə dünyada siyasi və hüquqi qiymətin verilməsinə nail olmaqdır” -
22/02/2012/ 18:25
Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil -
22/02/2012/ 18:24
Azərbaycanlı və erməni ziyalıları üçüncü dəfə görüşdü -
22/02/2012/ 18:22
Azərbaycana qarşı növbəti qərəz -
22/02/2012/ 18:20
Siyasilər İsa Qəmbərin təkliflərini cəfəng hesab edirlər -
22/02/2012/ 18:18
Rusiya neftinin azərbaycanlı fatehi -
22/02/2012/ 18:17
Yığmamızın futbolçusu İspaniya klubundan ayrıldı -
22/02/2012/ 18:15
Ötən il daşınmaz əmlakın ilkin qeydiyyatı 81% artıb -
22/02/2012/ 18:09
55 yaşın hesabatı

