Baş səhifə | SİYASƏT | Yeni erməni yalanı

Yeni erməni yalanı

Şrift ölçüsü: Decrease font Enlarge font
image

İrəvanın iddiasına görə, Bakıdan 1.5 milyon erməni qovulub

 

 Cənubi Qafqazda erməni adının hallanmasından bu günə qədər Azərbaycan xalqı ağır sınaqlara sinə gəlməli olub. Hər dəfə də baş verənləri düşmənə bağışlayıb. Buna görədir ki, qonşumuzun iştahı getdikcə daha çox artır. Hətta o səviyyəyə çatıb ki, onlar Dağlıq Qarabağ ixtilafı həll olunmadan, ölkələr arasında hər hansı bir diplomatik, ticarət, iqtisadi əlaqələr qurulmadan yenidən Bakıya qayıtmaq arzusundadırlar. Və buna haqlarının çatdıqlarını iddia edirlər. Sanki baş verənlər bir neçə min il bundan əvvəl olub və Azərbaycan ərazisində törədilmiş faciələri sadə insanlar yaxşı xatırlamırlar.

Vaxtilə Bakıda ən xoş günlərini yaşamış erməniləri bu dəfə iştaha gətirən səbəbi anlamaq olduqca çətindir. Torpaqlarımızn 20 faizini işğal edib, həyasızlıqla buraları özününküləşdirməyə cəhd edib, bununla da kifayətlənməyib digər torpaqlarımıza iddia irəli sürməkdə davam edir və eyni zamanda  da yenidən Bakıda yaşamağa ümid edirlər.  Şübhəsiz indiki vəziyyətdə onların hansı sevdaya düşməsindən asılı olmayaraq Azərbaycanın çağırılmamış qonaqları qəbul etməyə nə həvəsi, nə də vaxtı var. Amma maraqlısı odur ki, onlar bunun üçün BMT-yə müraciət ediblər. O təşkilata ki, onların vəhşiliyi, vandallığı, işğalçılığı barədə qətnamələr qəbul edib, o təşkilat ki, qəbul etdiyi qərarları ölkəsi sadəcə kağız parçası hesab edir, o təşkilat ki, indiyə qədər onların lehinə bir kəlmə də olsun söz deməyib. Amma yenə də şikayətlərini ediblər ki, Azərbaycan bizi soyqrıma məruz qoyub, var-yoxumuzu əlimizdən alıb, ləyaqətimizi təhqir ediblər, qoymayı, qırılıb qurtardıq və daha nələr.

Özünü işgəncələrə məruz qalmış ermənilərin sədri kimi təqdim edən Qriqori Avazyan “Armenpress” agentliyinə aşıqlama verərkən xüsusi qeyd edib ki, BMT bu məsələylə ciddi məşğul olacağına söz verib.  Avazyan Azərbaycanın Bakı ermənilərini yenidən qəbul edəcəyinə də ümid etdiyini bildirib. Bunu onunla əsaslandırıb ki, ermənilər vaxtilə “Bakının inkişafına” o qədər əmək sərf ediblər ki, Azərbaycan bunu heç vaxt unuda bilməyəcək.

Ermənilərin Azərbaycanın tarixində çox böyük iz buraxdıqlarını deməkdə Q. Ayvazyan yanılmır. Doğrudan da Bakı heç vaxt onların “xidmətlərini” unutmayacaq. Həvəslə “sevimli” Bakılarında həyata keçirdikləri terror aktlarını, sayı-hesabı bilinməyən insanlarn faciələrinə səbəbkar olduqlarını şübhəsiz unutmayacaq. Və əvəzini də çıxacaq. Amma onlar bunları xatırlamaq istəmirlər. Ac toyuq yuxusunda darı görən kimi, bunlar da aclıqdan yuxularında yenidən Bakının çörəyini görürlər. 

Bunun üçün onlar yalnız BMT-yə də kifayətlənməyiblər. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan Minsk qurupunun üzv dövlətlərinə də müraciət ünvanlayıblar.  Onlar öz torpaqlarına həsrət qalan 1.5 miyon azərbaycanlının erməni vandallarının hücumu nəticəsində didərgin düşdüklərindən də xəbərsiz deyillər. Hələ biz onların qoyub gəldikləri var-dövlətlərindən söz açmırıq. Hesablansa yəqin ki, Ermənistanın dövlət büdcəsindən 20-30 dəfə çox olar. Amma Azərbaycan dilənçi ölkədən bunları hələ ki tələb etmir. Yalnız torpaqlarımızı istəyir. Bunun müqabilində hər şeyi onlara bağışlamağa hazır olduğunu dəfələrlə bəyan edib.

Ermənilərin qaldırdığı iddianın daha bir gülünc cəhəti odur ki, onlar vaxtilə Bakıda nə az-nə çox 1.5 milyondan çox erməninin yaşadığını deyirlər. Halbuki 1988-ci ildə Bakının ümumi əhalisi o qədər deyildi. Belə çıxır ki, bu şəhərdə ermənilərdən savayı heç kəs yaşamayıb. Və Azərbaycan hazırda paytaxtda yaşayan vətəndaşlarını buradan didərgin salıb erməniləri yerləşdirməlidir ki, Azərbaycan türkləri bura 1990-cı ildən sonra gəlib.

Bunların cəfəngiyat olduğunu təsdiqləyən daha bir fakt odur ki, hazırda Ermənsitanda 1 milyon 800 min erməni güclə yaşayır. Tutaq ki, Azərbaycan səhər dedi ki, qəbul edirəm qoy 1.5 milyon erməni Bakıya təşrif  buyursun. Bəs o zaman Ermənistanda kim yaşayacaq? Yəqin onlar yerdəyişmə etmək fikrindədirlər. Onsuz da “Ermənistan” coğrafi adının yalnız simvolik olaraq səslənməsini bilirlər.

Daha qəribəsi budur ki, onlar xülyalarının çin olacağına inanırlar. Buna görədir ki, Q. Avazyan rəsmi Bakının bundan imtina edəcəyi tədqirdə özünün şovinist bir ölkə olduğunu təsdiq edəcəyini söyləyir. Nədənsə ümid edir ki, Azərbaycan bu imici yaratmamaq üçün iddia edilən məsələni həll etməlidir.

Fikirlərdən belə nəticə çıxarmaq olar ki, bunlar dünyada baş verənlərdən ümumiyyətlə xəbərsizdir. Və dünya dövlətlərinin tutduqları mövqeni, səsləndirdikləri bəyanatları, Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin nəyi vəd etdiyini bilmirlər. Yəqin İrəvanda insanlar xarici kanallara baxmaq imkanından məhrumdurlar və ya internetdən istifadə edə bilmirlər.   

Qarabağda Azərbaycana məxsus olan bir abidənin də qalmamsı, hər şeyin yerlə yeksan etmələri, bununla ürəkləri soyumayıb qəbirdən vəfat etmiş insanların sümüklərini belə çıxarıb yandırıb məhv etmələri vandal dövlətin məhz Ermənistan olduğuna bariz nümunədir.  Bu qədər faciələrə məruz qalmış Azərbaycan xalqı onlardan fərqli olaraq bir erməni qəbrini belə dağıtmayıb. Ölülərini necə qoyub gediblərsə o cür də qalıb. Hətta Bakının mərkəzində kilsələri də mühafizə olunur. Bütün bunlara nəzər saldıqda kimin humanist, kimin şovinist olduğu məlum olur.

M. TAĞIYEV

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az