Paritet.az :: İctimai-siyasi qəzet: İrəvanı narahat edən səbəblər təsdiqini tapır İrəvanı narahat edən səbəblər təsdiqini tapır ================================================================================ Agasef Memmedov on 03/09/2010/ 19:27 Son günlər cəbhə xəttində baş verən insdentlər və insan tələfatları hadislərin yaxşı tərəfə cərəyan etmədiyini göstərir. Atəşkəsin pozulmasında tərəflər qarşılıqlı surətdə bir-birlərini ittiham edirlər. Rəsmi İrəvan qondarma rejimin artıq “müstəqillik” qazandığını əsas gətirərək insidentin məhz Azərbaycanın əməlləri olduğunu iddia edir. Guya bundan sonra ermənilər bu cür hərəkətlər törətməyə yox, daha çox sülhün əldə edilməsinə çalışır. Rəsmi Bakının mövqeyi isə göz qabağındadır. Erməınistan dalana dirəndiyini görüb vəziyyətdən bu cür çıxmaq istəyir. Və onlar bu cür hərəkətlərlə Azərbaycanı təxribata çəkmək istəyirlər. Müharibə ab-havasının yaxınlaşdığını göstərən daha bir səbəb qonşu dövlətlərin də artıq bu cür hallara reaksiya verməsidir. Dünən Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu bu cür təxribatların xoşəgəlməz olduğunu bildirib. Onun sözlərinə görə, bunun sonu yaxşı heç nə vəd etmir. Artıq bununla bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da danışıqlar aparıb. Amma bu danışıq rəsmi İrəvanın bərk xətrinə dəyib. “Armİnfo” agentliyinin yazdığına görə, Türkiyənin yalnız Azərbaycanla məsləhətləşmələr aparması onun bitərəfli şəkildə Bakının yanında olduğunu göstərir və Ermənistan bundan olduqca narahatdır. Guya indiyə qədər Ankara hər dəfə İrəvanla məsləhətləşmələr aparıb və bu dəfə bunu etməməklə onları məyus edib. Əslində Ermənistanı narahat edən məqam Türkiyənin getdikcə münaqişənin içinə girməsidir. Rəsmi Ankaranın işğal olunmuş ərazilərin qeyd-şərtsiz Azərbaycana qaytarılması ilə bağlı tutduğu qətiyyətli mövqe də bu naratlığı artırır. Ə.Davudoğlunun -işğal olunmuş topaqlar geri qaytarılmadan Qafqazda hər hansı sülhün yaranmasından söhbət gedə bilməz kimi fikirləri Naxçıvanda səsləndirməsini Ermənistan özü üçün təhdid kimi qəbul edir:”Ermənistanla Rusiya arasında müqavilə imzalanandan dərhal sonra Türk ordusunun Naxçıvana gələ biləcəyi ilə bağlı gəzən söz-söhbətlər, ardınca təmas xəttində baş verən məlumolaydan sonra Türkiyə xarici iİşlər nazirinin Naxçıvana gəlməsi əslində Ermənistana verilmiş siqnaldır. Yəni hadisələrin hansı istiqamətdə cərəyan etməsindənm asılı olmayaraq Türkiyə Azərbaycan dayandığı cəbhədə olacaq. Bu açıq-aydın rəsmi İrəvana təhdiddir. Əgər Ermənistan bunu təsadüf hesab edirsə yanılır (“Armİnfo)”. Müharibə xofu içərisində yaşayan ölkə vurulmayan yerdən qan çıxarmağa çalışır. Azərbaycan dəfələrlə hər hansı bir hərbi təşkilata qoşulmayacağını bəyan etsə də İrəvanda hamı bir ağızdan qışqırır ki, qoymayın, türklər Naxçıvana gəlir. Və onlar nədənsə yazılarını Ə. Davudoğlunun yalnız bu fikri üzərində qurublar. Halbuki nazir Ermənistanla isti münasibətlər qurulmasında Türkiyənin nə qədər maraqlı olduğundan, qarşılıqlı inamın yaranması üçün atılmış addımlardan da kifayət qədər danışdı. Amma onlar bunun sadəcə cəfəngiyyat olduğunu deyirlər və israrla qeyd edirlər ki, Türkiyə Ermənistana qarşı səmimi olsaydı Dağlıq Qarabağın “müstəqilliyi günü” - Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bu işdə Türkiyə onun yanında olacaq kimi ifadələr işlətməzdi. Onların deməyiondən belə çıxır ki, rəsmi Ankara bu münasibətlə ermənilərə təbrik məktubu göndərməliydi ki, bəlkə bundan sonra öz səmimiyyətini təsdiqləmiş olaydı. Bundan əlavə onlar Türkiyəyə xəbərdarlıq da etməyi unutmayıblar. Əgər Ankara yaxın günlərdə “Azərbaycanın işğal olunmuş torpaqlarındakı vəziyyətlə əlaqədar” sənədin müzakirəsində bitərəfli mövqe nümayiş etdirib, Bakını dəstəkləsə İrəvan da müəyyən addımlar ata bilər. Bunların nədən olduğunu açıqlamasalar da dediklərinə görə bu çox ciddi addımlar olacaq. Yeməyə çörək tapmadıqları halda bu cür hərbə-zorba ilə danışmaqlarını sadəcə başa dümək olmur. Guya Türkiyə iqtisadi cəhətdən Ermənistandan asılıdır və ya İrəvanın “əzəmətli” ordusu ciddi təhlükələr yarada bilər. Və guya bu qətnamənin qəbulu yalnız Türkiyədən asılıdır. Bir də adama deyərlər, “soğan yeməmisən, için niyə göynəyir?”. Doğrudan da ədalətsiz tərəf Azərbaycandırsa yəqin ki, müzkirələr zamanı Ermənistanı yox, onu tənqid edəcəklər. M.TAĞIYEV