Xanım jurnalistlərimiz Gürcüstanda master-klass keçiblər
Gürcüstanda səfərdə olan xanım jurnalistlərimiz may ayının 12-də Gürcüstan Azərbaycanlıları Konqresinin mətbuat orqanı olan “Konqres” qəzetinin redaksiyasında olublar.
Səfərin təşkilatçısı olan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovanın verdiyi məlumata görə, görüşdə “Trend” İnformasiya Agentliyinin müxbiri Zarina Əhmədova və modern.az portalının əməkdaşı Fərəh Sabirqızı gənc jurnalistlər üçün master-klass keçiblər: “Bizim xanım jurnalistlərimiz jurnalistikada vacib olan məsələləri izah etdilər, praktik məşğələdə tapşırıqlar verdilər və gənclərin yazı stili, xəbər hazırlamaq qabiliyyəti yoxlanıldı. Qərara alındı ki, gənc jurnalistlərə gələcək aylarda treyninqlər təşkil edilsin”.
Qeyd edək ki, AJQA-nın səfəri mayın 9-dan başlayıb. Nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin doğumunun 88-ci ili münasibəti ilə Tiflisdə keçirilən tədbirlərə də qatılıb. Bundan başqa, xanım jurnalistlərimizin bir sıra maraqlı görüşləri olub.
AYNUR
-
14/05/2012/ 18:39
“Heydər Əliyev kuboku” turniri başa çatıb -
14/05/2012/ 18:37
Azərbaycan və türk diasporu Nyu-Yorkda ermənilərin dərsini verib -
14/05/2012/ 18:34
“Müxalifət üçün “Avroviziya” son mərhələdir” -
14/05/2012/ 18:29
“İranın siyasi dairələri artan beynəlxalq təzyiqlər fonunda çaşqın durumdadır” -
14/05/2012/ 18:24
Prezident Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul edib -
14/05/2012/ 18:22
ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər -
14/05/2012/ 12:15
Bir vaxtlar şüşə sənəti yoxa çıxdığı kimi keramika da unudulacaq -
14/05/2012/ 12:14
“Azərbaycan həqiqətlərinin yayılması DTGB-nin gündəlik işidir” -
11/05/2012/ 19:02
Müxalifət qorxur

