“Elə bu gün başlamaq olar”
Elmar Məmmədyarov: “Azərbaycan sülh sazişinin üzərində işləməyə hazırdır”
İstənilən məsələdə tərəflərdən biri bir-birinin ardınca tələsik bəyanatlar verirsə, bu ona güclü təzyiqin olduğunu xəbər verir. Kazan görüşündən sonra İrəvan eynilə bu yolu seçib. Danışıqların ardınca Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan canlı efirə çıxıb, Azərbacanı ittiham etdi. Guya Bakı sənəd üzərində dəyişiklik aparıb, əks halda münaqişə həll oluna bilərdi. Səhəri gün özünü Tiflisə çatdırıb, eyni hay-küylə orada da bəyanatlar verdi. Serj Sərkisyan da bu barədə ondan geri qalmır. Nə vaxt əlinə fürsət düşürsə, hökmən Bakının danışıqlarda səmimi olmadığını iddia edir.
Amma bu qədər qara-qışqırıqdan sonra İrəvana səfər etmiş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qarşısında birdən-birə quzuya döndülər. Hətta Kazanda bir çox məqamlarda Bakı ilə ortaq məxrəcə gəldiklərini söylədilər. Bu bir şeyi tam əminliklə söyləməyə əsas verir; İrəvana çox güclü təzyiqlər olunur. Bu səbədən də aranı qarışdırmağa çalışırlar. Hətta o qədər səksəkə içindədirlər ki, Dağlıq Qarabağın danışıqlara cəlb olunmasının vaxtının çatdığını da dilə gətirməyə başlayıblar. Dediyim kimi bu kimi açıqlamalar rəsmi Moskva olan yerdə səslənmir. Amma Bakıda çox fərqli vəziyyət yaranıb. Kazan görüşündən sonra demək olar ki, bir dəfə də olsun rəsmilər İrəvan kimi tələsik mənasız bəyanatlar verməyiblər. Dövlət başçısı son çıxışında danışılqarın bütün detallarını xalqa açıqladı. Məlum olan budur ki, danışıqlarda Dağlıq Qarabağın nəticə etibarı ilə Azərbaycandan kənarda qalması müzakirə olunmur. Yəni İrəvanın boş-boş danışmasının heç bir əsası yoxdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə verdiyi müsahibədə isə ölkəsinin mövqeyini ermənilərin başa düşəcəyi tərzdə bir daha səsləndirib: “Kazan görüşündə bir çox məqamlarda razılıq əldə olunub. Bir çox media orqanlarının bu görüşün nəticəsiz başa çatması ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Hazırda ortaq məxrəcə gəlinən bəndlər üzərində işlər gedir. İrəvan mənasız bəyanatlardan əl çəkib, ciddi şəkildə məsələylə məşğul olsa, qısa zaman ərzində regionda süllhü təmin edə biləcəyik”.
Juranalistin, “sülhü nə zaman təmin edə bilərsiniz?” sualına azərbaycanlı diplomat aydın şəkildə cavab verib: Ermənistan ciddi olasa, lap bu gün işə başlamaq olar. Onun fikrincə, Kazanda dövlət başçıları birlikdə mövqelərin yaxınlaşmasını bəyan edirlərsə, bundan sonra erməni rəhbərliyinin geri qayıdıb, bunları inkar etməsi olduqca anlaşılmazdır:”Biz 2010-cu ildən bu təkliflərə razılıq vermişik. Hələ Soçidə süh sazişinin üzərində işləməyə hazır olduğumuzu bəyan etmişik. Təssüf ki, İrəvan müxtəlif vasitlərlə vəziyyətin dəyişməsinə maneçilik törədib. Amma artıq bundan o tərəfə yol yoxdur. Tərəflərə təkliflər təqdim olunub. Bakı bunu qəbul edib. İndi İrəvan öz sözünü deməlidir”.
E. Məmmədyarov deyib ki, ortada hələ də razılaşdırılmamış məqamlar var. Bu baxımdan da mövzuya dəxli olmayan məsələləri gündəmə gətirib, diqqəti yayındırmaqdansa, bu barədə ciddi addımlar atmaq zəruridir. Çünki sülh yalnız Azərbaycana yox, bütün dünyaya lazımdır. Bunun baş verməsi üçün aydın təkliflər irəli sürülüb. Erməni ordusu işğal olunmuş ərazilərdən geri çəkilməlidir. Daha bunun həqiqəti əks etdirmədiyi ilə bağlı heç nəyə əsaslanmayan bəyanatlar verilməsi, sadəcə danışıqların gedişinə xələl gətirir:”Əsas prinsiplər artıq mövcuddur. Bunu Bakı hazırlamayıb. Məhz bu istiqamətdə işlər davam etdirilməlidir. Azərbaycan tərəfi dərhal sülh müqaviləsi üzərində işləməyə hazırıdır. Mövqeyimizi dəfələrlə bəyan etmişik”.
Məhəmməd TAĞIYEV
-
14/05/2012/ 18:39
“Heydər Əliyev kuboku” turniri başa çatıb -
14/05/2012/ 18:37
Azərbaycan və türk diasporu Nyu-Yorkda ermənilərin dərsini verib -
14/05/2012/ 18:34
“Müxalifət üçün “Avroviziya” son mərhələdir” -
14/05/2012/ 18:29
“İranın siyasi dairələri artan beynəlxalq təzyiqlər fonunda çaşqın durumdadır” -
14/05/2012/ 18:24
Prezident Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul edib -
14/05/2012/ 18:22
ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər -
14/05/2012/ 12:15
Bir vaxtlar şüşə sənəti yoxa çıxdığı kimi keramika da unudulacaq -
14/05/2012/ 12:14
“Azərbaycan həqiqətlərinin yayılması DTGB-nin gündəlik işidir” -
11/05/2012/ 19:02
Müxalifət qorxur

