Baş səhifə | ÖLKƏ | Bakıda “Avroviziya şəhərciyi” yaradılacaq

Bakıda “Avroviziya şəhərciyi” yaradılacaq

Şrift ölçüsü: Decrease font Enlarge font
image

“Avroviziya”ya gələcək nümayəndələr Bakının xüsusi seçilmiş hotellərində yerləşdiriləcəklər

  “Avroviziya-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıda “Avroviziya şəhərciyi” (EuroVillage) yaradılacaq.”Avroviziya-2012” mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli Trend-ə deyib ki, “EuroVillage”in yaradılması “Avroviziya” mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir.

 “EuroVillage” açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilə bilər.Kərimli deyib ki, “Avroviziya-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıda “Euroclub” da yaradılacaq. Burada “Avroviziya”a təşrif buyuran jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq. Bununla yanaşı, burada “Avroviziya” mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək. Bu qəbullara giriş dəvətnamə ilə mümkün olacaq.

Onun sözlərinə görə, hazırda həm “EuroVillage”, həm də “Euroclub”un yaradılması üçün yerlər müəyyənləşdirilir. Hər iki məkanın müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall”a yaxın yerdə yaradılması nəzərdə tutulur. Kərimli “EuroVillage” və “Euroclub”un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən “Avroviziya” müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də “Avroviziya 2012”-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci “Avroviziya” mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq.

Müsabiqədə iştirak üçün Bakıya gələcək nümayəndə heyətləri paytaxtın xüsusi seçilmiş hotellərində yerləşdiriləcəklər. A. Kərimlinin sözlərinə görə, qonaqları yerləşdirmək üçün hotellərin siyahısı hazırlanacaq. Bu siyahıya hazırda Bakıda fəaliyyət göstərən hotellərlə yanaşı, yeni tikilən və həmin vaxtadək istifadəyə veriləcək hotellər də daxil ediləcək. A.Kərimlinin sözlərinə görə, qonaqların yerləşdirilməsi üçün paytaxtda fəaliyyət göstərən hotellərin əksəriyyətindən istifadə etmək nəzərdə tutulur. Siyahıya daxil ediləcək hotellərin şəraitləri tələb olunan standartlara cavab verməli və onun kateqoriyası olmalıdır.

O, bildirib ki, qonaqların bütün kateqoriyalı, yəni həm “beş”, həm “dörd”, həm də “üç” ulduzlu hotellərdə yerləşdirilməsi nəzərdə tutulub.İşçi qrupunun rəhbəri “Avroviziya”un biletləri ilə bağlı məlumatların fevralın sonunda açıqlanacağını da qeyd edib.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az