Baş səhifə | ÖLKƏ | Bakı “Avroviziya” mahnı yarışmasının rəsmi paytaxtıdır

Bakı “Avroviziya” mahnı yarışmasının rəsmi paytaxtıdır

Şrift ölçüsü: Decrease font Enlarge font
image

“Avroviziya-2012” mahnı müsabiqəsinin “Baku Crystal Hall” sarayında keçirilməsi təsdiqləndi

 Avropanın mötəbər musiqi müsabiqəsi hesab olunan “Avroviziya” mahnı yarışması yaxınlaşdıqca ənənəvi tədbirlərin təşkilinə başlanılır. Yarışmaya ev sahibliyi edəcək Bakıda müsabiqənin yeni logo və konsepsiyalarının təqdimat mərasimi keçirilib.

 Rəmzi açar təqdimetmə mərasimi möhtəşəmliyi ilə seçilib.Müsabiqənin icraçı prodüseri  Adil Kərimli “1-ci Kanal”a açıqlamasında bildirib ki, tədbir Avropa Yayımları Birliyinin  müvafiq qaydalarına uyğun  keçirilir: “Tədbirdə Eurovision iştirakçılarının, yəni  iştirak edəcək  43 ölkənin  1-ci və 2-ci yarım finallar  üzrə bölüşdürülməsi prosesi, püşkatma mərhələsi olacaq. Əvvəlkilərdən fərqli olaraq Avroviziyada  ənənəvi   sayılan  açarın təhvil-təslimi formatından bir qədər  kənarlaşmışıq.  Tədbir Avropa Yayımları Birliyinin iştirakçı ölkələrinə yayımlanacaq və bir çox yayımçılar  bu mərasimin canlı yayımını həyata keçirəcək. Digərləri isə bunun video yazısını sonrakı mərhələlərdə  yayımlayacaq”.

Tədbiri işıqlandırmaq üçün xarici ölkə  jurnalistlərinin bir qrupu  Bakıya gəlib. Bir sıra iştirakçı dövlətlərdən,  eləcədə də “Euronews” telekanalından   çox sayda  nümayəndələr gəlib. A. Kərimlinin sözlərinə görə, rəsmi olaraq təşkilati işlərlə, bütövlükdə  hazırlıq işləri ilə bağlı məsələləri əhatə edəcək  bir mətbuat konfransı  keçiriləcək. Bu barədə dəqiq məlumat işçi qrupu tərəfindən bir daha bütün mətbuat nümayəndələrinə yayılacaq. 

Tədbirdə yarışmanın ən son keçirildiyi Almaniyanın Düsseldorf şəhərinin meri iştirak edib. O, ənənəvi “Avrovizia açarını Bakıya həvalə edib. Və bu təqdimatdan sonra Bakı rəsmi olaraq “Avroviziya 2012”-nin paytaxtı elan olunub. Təqdimat gecəsində finalda Böyük beşliyə qatılacaq yarımfinalçıların püşkatma mərasimi də baş tutub. Böyük beşliyə Almaniya, İtaliya, Böyük Britaniya, İspaniya və yarışmanın son qalibi qismində Azərbaycan daxildir. İştirakçı dövlətlərin təmsilçilərinin çıxış ardıcıllığı isə Martda atılacaq növbəti püşkatmadan sonra müəyyənləşəcək. Bu ay “Avroviziya” ilə bağlı Bakıda təşkil olunacaq ilk rəsmi tədbirin önəmli məqamlarından biri də yarışmanın növbəti konsepsiyasının, 2012-ci il üçün şüarının və yeni loqosunun təqdimatıdır. 

“Avroviziya-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib. Müsabiqə  Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq. Müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Teleradio bu müsabiqə üçün 3 potensial yer təklif edib, lakin EBU üstünlüyü yeni qapalı arenaya verib. Yeni tikilən “Baku Crystal Hall” təxminən 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.

“Avroviziya” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand bu qərar barədə fikirlərini bölüşüb: “Biz çox həyəcanlıyıq. “Avroviziya-2012” yeni konsert zalında keçiriləcək. Biz tikinti işlərinin vaxtında tamamlanacağı barədə zəmanət aldıqdan sonra müsabiqə üçün hazırlığa başlaya bilərik”.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az