“Hikmət” MMC tərəfindən istehsal olunmuş duzları almayın
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
İstehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı “Hikmət” MMC tərəfindən istehsal olunmuş yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.
Bununla əlaqədar, Abşeron rayonu, Binəqədi-Novxanı yolu, 7-ci km ünvanında yerləşən “Hikmət” MMC-də duz istehsalı və satışının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlanılıb.
Yoxlama zamanı müəssisənin xörək duzu istehsalı üçün uyğunluq sertifikatının olmadığı, xörək duzu istehsalında mənşəyi bəlli olmayan xammaldan istifadə edildiyi, istehsal edilən məhsulun üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, məhsulun qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatları olmayan bükmə materiallarından istifadə olunduğu aşkar edilib.
Bundan başqa, müəssisə tərəfindən Rusiya və Belorusiyadan idxal edilmiş 47,8 ton xörək duzunun üzərində azərbaycan dilində markalanmanın olmadığı müəyyən edilib.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar müəssisə tərəfindən istehsal edilmiş 13,9 ton xörək duzunun satışının, mənşəyi bəlli olmayan 190 ton xammaldan və uyğunluq və gigiyenik sertifikatı olmayan bükmə materiallarından istifadənin qadağan edilməsi, duz istehsalı və satışının dayandırılması, həmçinin müəssisə tərəfindən istehsal edilmiş duzların ticarət şəbəkəsindən yığılması barədə “Hikmət” MMC-yəicrası məcburi göstəriş verilib.
Eyni zamanda, müəssisənin anbarındakı idxal olunmuş xörək duzlarının satışı dayandırılmış və nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Hikmət” MMC tərəfindən istehsal olunmuş xörək duzlarını almamağı tövsiyə edir.
MURAD
-
06/02/2012/ 18:16
Xocalı soyqırımı haqqında BMT-yə qətnamə göndəriləcək -
06/02/2012/ 18:14
Niderlandın məşhur “PZC” qəzetinin Azərbaycandan yazması erməniləri hiddətləndirib -
06/02/2012/ 18:12
“Ziyalılar Forumu qeyri-qanuni bir şeydir, üzvləri də fərari ziyalılardır” -
06/02/2012/ 18:11
“İranda yaşayan azərbaycanlılar bu dövlətin əsl sahibidirlər” -
06/02/2012/ 18:09
Azərbaycan Prezidentindən Fransa Senatının son qərarına sərt etiraz -
06/02/2012/ 18:07
“Azərbaycanda müasir, sabit cəmiyyət vardır” -
06/02/2012/ 11:06
Heykəltəraş Ömər Eldarovun “Elegiya” əsəri -
03/02/2012/ 18:10
“Azərbaycan və Türkiyə münasibətlərinə kimsə kölgə sala bilməz” -
03/02/2012/ 18:08
“Fransanın vasitəçi kimi danışması bundan sonra qəbuledilən deyil”

