Paritet.az :: İctimai-siyasi qəzet: Ermənistan öz arxivlərini azərbaycanlı tarixçilər üçün açmalıdır Ermənistan öz arxivlərini azərbaycanlı tarixçilər üçün açmalıdır ================================================================================ Agasef Memmedov on 27/01/2012/ 19:38 AŞPA-nın qış sessiyasının son plenar iclasında “Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması” adlı hesabat dinlənilib. APA-nın Avropa bürosunun məlumatına görə, Assambleyanın insan haqları və hüquqi məsələlər komitəsinin sədri litvalı deputat Egidijus Vareikisun təqdim etdiyi bu məruzəsi ətrafında aparılan müzakirələrdən sonra Türkiyə və Azərbaycandan olan millət vəkillərinin təklif etdiyi çox əhəmiyyətli paraqraf sənədə əlavə edilib. 8 paraqrafdan ibarət olan sənədə Türkiyə və azərbaycanlı millət vəkillərinin əlavə təklif etdikləri 9-cu paraqraf da daxil edilib. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin qarşı çıxdıqları paraqrafda bildirilir ki, iki ölkə arasında əhalinin məcburi köçürülməsi halının mövcudluğu və onun nəticələrinə dair münaqişə baş verən zaman bu iki ölkə öz arxivlərini açmalı, hər iki ölkənin tarixçilərindən və araşdırıcılarından ibarət birgə komissiya yaratmalıdır: “Lazım gələrsə, üçüncü ölkələrə də bu ölkələrin arxivlərinə müraciət etməyə heç bir istisna olmadan imkan verəcəklər. Bu iş elmi bir araşdırma mövzusu olacaq və tarixçilər də siyasətçilərə nisbətən daha obyektiv konsesus əldə edə biləcəklər. Tarixin siyasət tərəfindən istismar edilməsi heç bir zaman qəbul edilməz”.