Paritet.az :: İctimai-siyasi qəzet: Prezident Davosa gedib Prezident Davosa gedib ================================================================================ Agasef Memmedov on 25/01/2012/ 20:04 Ötən gün İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumu işə başlayıb. “Böyük transformasiya: yeni modellərin formalaşması” devizi altında keçiriləcək görüşün əsas mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olacaq. Yanvarın 29-dək davam edəcək forum 4 altmövzu üzrə keçiriləcək: artım və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və ehtiyatlar modelləri, sosial və texnoloji modellər. İqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması müzakirə ediləcək, “Qlobal risklər 2012” məruzəsi ayrıca müzakirə olunacaq. Forumu Almaniya kansleri Angela Merkel açıq elan edib. Tədbirdə 2600 nəfərdən çox qonaq, o cümlədən Azərbaycan prezidenti də daxil olmaqla 40 ölkənin dövlət və hökumət başçıları, 1600 biznes-lider iştirak edir. İşgüzar aləmi bu forumda dünyanın aparıcı 20 bankından 19-zunun rəhbərləri təmsil edəcəklər.Davosda eləcə də müxtəlif hökümət rəsmiləri və dünyanın aparıcı şirkətlərinin rəhbərləri təmsil olunacaqlar. Forum çərçivəsində təşkil edilən müxtəlif diskussiyaların əsas mövzusu kapitalist quruluşunun dünya miqyasında gələcəyi məsələsi olacaq.Gündəlikdə eləcə də Çinin nümayiş etdirdiyi inkişaf, maliyyə sistemlərinin nizamlanması, və ötən il bütün dünyanı bürümüş etirazlar dalğası mövzularıdır.Davos Forumu artıq 42-ci ildir ki keçirlir. İşgüzar aləmi bu forumda dünyanın aparıcı 20 bankından 19-zunun rəhbərləri təmsil edəcəklər.Davosda eləcə də müxtəlif hökümət rəsmiləri və dünyanın aparıcı şirkətlərinin rəhbərləri təmsil olunacaqlar. Ekspertlərin fikrincə isə bu ilki forumdan möcüzəli nəsə, necə deyərlər, “bütün dərdlərin dərmanın” tapılacağına ümid bəsləməyə dəyməz.Həmişəki kimi olaraq, bu dəfə də, Davos forumunda rəsmi qərarlar qəbul edilməsə də, aparılacaq müzakirə və fikir mübadilələrin, yaxın aylar ərzində dünyada gedən qlobal iqtisadi və siyasi proseslərə təsir göstərəcəyi çübhəsizdir Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan və İsrail prezidenti Şimon Peres arasında 2009-cu ildə Davosda yaşanmış “One minute” qalmaqalından sonra Türkiyə dövlət rəhbərliyi səviyyəsində bu tədbirdə iştirakdan imtina edib. Davos iqtisadi forumunda Britaniyanın baş naziri David Kemeron çay məclisi təşkil edirdi, britaniyalı rok ulduz Mick Jagger gəlməkdən imtina etdi.Əfsanəvi “Rolling Stones” qrupunun lideri Jagger hətta Davosu tərk edib. 68 yaşlı musiqiçi öz bəyanatında yazır ki, iqtisadiyyatla və dünya hadisələri ilə həmişə maraqlanır, ancaq “siyasi futbol” oyununa cəlb olunmaq istəmir. Forumun birinci günü iştirakçılar etiraf ediblər ki, Qərbin azad bazar iqtisadi modeli güclənən dövlət kapitalizmi modeli qarşısında aciz qalıb. Forum ötən 41 ildə azad bazar modelinin uğurlarının simvolu idi. Carlyle İnvestisiya Fondunun icra direktoru David Rubinşteyn deyib ki, “Qərbin öz iqtisadi modelini yaxşılaşdırmağa 3 ya 4 il vaxtı var. Əgər biz bu vaxtı itirsək, oyunu uduzacağıq”. 62 yaşlı milyarder, öz yaxşı işinə görə dekabr ayında 134 milyon dollar bonus almış Rubinstein deyir ki, “biz modeli yaxşılaşdırmasaq, bizim yaşadığımız, ən yaxşı hesab etdiyimiz kapitalizm modeli üçün oyun qurtaracaq”. Rubinşteyn hesab edir ki, Qərb özünün dövlət kəsiri problemini nəzarətə almalıdır. Çikaqo universitetinin professoru Raghuram Rajan isə öz çıxışında deyib ki, Qərb iqtisadiyyatları 1960-cı illərdə verdikləri vədi yerinə yetirə bilmirlər. Mövcud iqtisadiyyat dünyada heç də hamını varlı edə bilmir. Dünyada ümumi iqtisadi artım vədlərlə müqayisədə çox cüzidir. Forum günlərində “Müasir Azərbaycan incəsənətində ənənələr” adlı sərgi təşkil olunacaq. Sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. İSMAYIL