Baş səhifə | GÜNÜN İÇİNDƏN | İran Azərbaycanda dövlət çevrilişi etmək istəyir

İran Azərbaycanda dövlət çevrilişi etmək istəyir

Şrift ölçüsü: Decrease font Enlarge font
image

İranın Azərbaycana qarşı münasibəti açıq-aşkar düşmənçilik müstəvisinə keçib. Bunu son hadisələr də göstərir. Belə ki, Azərbaycanda ictimai xadimlərin həyyatına sui-qəsd etməklə terror dalğası yaratmaq, dövlət qurumlarının internet səhifələrinə kiberhücumlar, işğalçı dövlətə dəstək olmaqla Azərbaycana zərbə vuraraq zəiflətmək, “hicab” qayğısı.

Bütün bunlar, aşkar şəkildə təxribat olaraq həyata keçirilir. Xarici siyasəti sülhə, qarşılıqlı etimada söykənən Azərbaycan dövləti isə bütün təxribatlara qarşı İranla münasibətləri sülh müstəvisində saxlamağa çalışır. Təbii ki, regionun təhlükəsizliyi baxımından bu siyasət praqmatik səbəblərə söykənən siyasətdir. Maraqlısı isə, İran rejiminin bunu anlamaması, yaxud səhv anlamasıdır.

 “Azərbaycan” qəzetinin 22 yanvar tarixli sayında, “Ortaq mənəvi dəyərlər və islam həmrəyliyi ilə bir araya sığmayan addımlar” adlı məqalədə də bu nüanslara toxunulur. Məqalədə deyilir ki, Azərbaycan yaxın qonşusu olmasına, mənəvi bağlılıqlara baxmayaraq, heç vaxt İranın daxili işlərinə qarışmayıb, bu ölkədə əmin-amanlığın olmasını arzulayıb: “Lakin təəssüflə qeyd etməliyik ki, rəsmi Bakının Cənub qonşusu ilə ikitərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini rəhbər tutmasına baxmayaraq, İran Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə büruzə verib! Daim müsəlman birliyindən və həmrəyliyindən danışan bu ölkə öz addımları ilə ortaq mənəvi dəyərlərə, qonşuluq və dostluq meyarlarına sadiq olmadığını nümayiş etdirib”. Məqalədə göstərilir ki, İran mətbuatında türk xalqları daim təhqir edilir, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı “mübarizə aparılır”.

İran rejimi isə Azərbaycanı zəif bənd rolunda göstərməkdə, yersiz ittihamlarda, heç bir siyasi mədəniyyətə, diplomatik prinsiplərə sığışmayan təxribatlar törətməkdə davam edir. Lakin özləri də yaxşı anlayırlar ki, Azərbaycan dövləti öz sərhədlərini, dövlətçilik və vətəndaşlarının təhlükəsizliyinin qayğısına yaxşı qalır. İrana qarşı sülh münasibəti də bu dövlətə hörmət etməsi, onun daxili işlərinə qarşımaması və regionun təhlükəsizliyi baxımından irəli gəlir.

İran isə bütün bunlara baxmayaraq, öz əməllərindən əl çəkmək istəmir. Bunun səbəbələrini araşdıranda isə bir sıra məsələlər ortaya çıxır. Belə ki, müstəqilliyinin bərpasından 20 il ötməsinə baxmayaraq, qısa zamanda inkişaf edən, iqtisadi, hərbi və digər sahələrdə qüdrətli dövlətə çevrilməkdə olan Azərbaycanı öz qonşuluğunda görmək istəmir. Yəni İran qüdrətli, müstəqil siyasət aparan dövlətlə qonşu olmaq istəmir. Elə bu səbədən də öz təxribatları hesabına Azərbaycanda hakimiyyət dəyişikliyi etməyə cəhd edir. Bunu hələ ötən ilin noyabr ayında Amerikanın “FOX-11” telekanalının yaydığı məlumatda görmək olur. Məlumatda ABŞ Federal Təhqiqatlar Bürosu İranın Azərbaycanda hakimiyyət dəyişikliyinin üstünü açdığını bildirilir. Belə ki, İranın xüsusi ximdət orqanları 2012-ci ildə Azrərbaycanda iki səs-küylü terror aktı və bir siyasi qətl həyata keçirməyə hazırlaşıblar. Məqsəd isə ölkədə qarışıqlıq yaradaraq, Azərbaycanı zəif salmaq, özlərinə lazım olan rejim qurmaq, bir sözlə, Azərbaycanı İranın forpostuna çevirməkdir. Hətta rəsmi Tehran planlarını həyata keçirtmək üçün meksikalı narkotik alverçiləri ilə də əlaqələr yaradıb.

  Son hadisələr bu məlumatın həqiqətə yaxın olduğunu göstərir. Görünən də odur ki, İranın əsas hədəfi Azərbaycanı zəiflətmək və ölkə rəhbərliyinə ekstremist qruplaşmaları gətirməkdir. Təsadüfi deyil, İranın dini dairələri tərəfindən idarə olunan İslam Partiyasının keçmiş sədrinin evindən bir müddət öncə külli miqdarda silah-sursat aşkarlandı. Baş verə biləcək terrorun qarşısının alınması məqsədilə də, partiya sədri həbs edildi. İran rejimi də partiya sədrinin həbs olunmasına görə Azərbaycanı ittiham yağışına tutdu. Dövlət qurumlarının rəsmi internet səhifələrinə edilən kiberhücumlar zamanı da, dağıdılan saytların əsas səhifələrinə partiyanın keçmiş sədri Səməd Mövsümovun hicaba qarşı qadağa əleyhinə olan sözləri və fotosu yerləşdirilmişdi.

  Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu   İranın təxribatları haqqında bildirib ki, bu ölkədə belə başa düşürlər ki, əgər Azərbaycan Respublikası inkişaf edərək dünyada hörmət qazanırsa, gec-tez bura İrandakı azərbaycanlılar üçün də cəlbedici olacaq və onların Azərbaycana rəğbətləri artıracaq”. Politoloqun fikrincə, bu, İranın Azərbaycan dövlətçiliyinə qarşı ortalığa qoyduğu yeni bir variant kimi qəbul edilməlidir.

İran rejiminin təxribatlarının davamı olaraq digər məsələ isə, bu il Bakıda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsidir. Bu müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafına daha bir təkan vermiş olacaq. Bu müsabiqə istər iqtisadi, istər ölkənin dünyada tanınması, istərsə siyasi gücün artması baxımından Azərbaycana dividentlər gətirərəcək. Əslində İranın istəmədiyi də budur, həm Azərbaycanın güclənmısi, həm də Avropnaın sərhədlərinə qədər gəlməsi. Çünki uzun illərdir, öz qınına çəkilərək demokratik dəyərlərdən uzaq düşən İran sərhəd dövlətlərdə də öz prototiplərini yaratmağa çalışır. Onların bu siyasəti hələ Azərbaycanın müsabiqədə qalib olduğu zaman məlum oldu. Belə ki, ötən il ölkəmizin qalib olmasından dərhal sonra İranın siyasi ekspertlərinin iştirakı ilə geniş müzakirələr keçirilərək qonşu ölkədə belə bir yarışmanın keçirilməsinin onların siyasətinə uyğun olmadığını bildirmişdilər. Müzakirələrdə çıxış edən iranlı ekspert Fərdad Əfzəli isə bunu belə dəyərləndirdi ki, avropalıların siyasi vasitəsi olan bu əyləncə müsabiqəsindən Azərbaycanın şiə əhalisinin əleyhinə istifadə edirlər.

Yenə də din pərdəsi. Bu, molla rejiminin hər zaman üzünə tutduğu pərdədir ki, bütün proseslərdə din qardaşlar, müsəlmanları önə çıxararaq, öz məqsədlərini yeridirlər.

M.Əhmədoğlu isə bildirib ki, Azərbaycanda “Avroviziya”mahnı müsabiqəsinin keçirilməsi ölkə tarixində ən böyük bir piar aksiyadır: Onun sözlərinə görə, bu müsabiqə Azərbaycanı dünyada yeni gözdə tanıdacaq.”Dünyanın 70-80 dövlətindən Azərbaycana nümayəndələr, jurnalistlər, piar mütəxəssisləri gələcək. Bütün bunlar dünyaya Azərbaycanı təmamilə yeni gözdə tanıdacaq. Dünyada elə adamlar var ki, Azərbaycana hələ də erməninin gözü ilə baxır, müsəlman respublikası, geridə qalmış ölkə kimi tanıyır. Amma Azərbaycanın müsəlman ölkə olaraq Avropa tipli, inkişaf etmiş dövlət olaraq yarandığı məlum olanda beynəlxalq aləmdə dəstəyi daha da artıracaq. Ona görə də, İranın kiberhücumlarının konkret məqsədi Azərbaycanın informasiya mühitini zəif göstərməkdir. “Avroviziya” məsələsində isə informasiya vasitələri, İKT-nin inkişafı mühüm əhəmiyyətə malikdir. Bizim cəmiyyətdə, ölkədə İKT-nin inkişafına mane olmaq məqsədilə kiber hücumlarını ortaya qoydular”-deyə politoloq vurğulayıb.

Təxribatların digər tərəfi isə, İranın Azərbaycanı İsraillə münasibətlərdə ittiham etməsi və bu münasibətlərin tezliklə kəsilməsini “tələb” etməsidir (Qeyd edək ki, 1980-88-ci illərdə İran-İraq müharibəsi zamanı İranın irəli sürdüyü şərtlərdən biri də İraq hökumətinin İsraillə münasibətləri kəsməsi olub).

Azərbaycan isə bütün dövlətlərlə qarşılıqlı etimad şəraitində münasibətlər qurduğu üçün, kiminsə istəyi ilə öz siyasətini dəyişmir. Aparılan siyasət də buna əsaslanıb. Bu günlərdə MTN tərəfindən ifşa edilən İranın xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu bildirilən cinayətkar dəstənin də məqsədi bu münasibətlərə kölgə salmaq idi. Belə ki, Azərbaycanda ictimai xadimlərin həyatına sui-qəsd törətmək istəyən şəxslərin planları da ölkəmizdə fəaliyyət göstərən yəhudiəsilli insanlara qarşı olub. Bunu İsrailin “Haaretz” qəzeti yazıb. Qəzetin məlumatında bildirilir ki, Azərbaycanda üstü açılan terror cəhdinin əsas məqsədi Bakıda fəaliyyət göstərən “Şabad Or Avner” yəhudi məktəbinin iki işçisi-həmin məktəbin müəllimləri Şenor Seqal və Mati Lyuisin həyatına sui-qəsd etmək olub.

NƏRIMAN

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az