Ötən ay 138 əcnəbi deportasiya olunub
6.092 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib
Dövlət Miqrasiya Xidməti bütün gücünü səfərbər edərək ölkə ərazisində qanunsuz yaşayan, əmək fəaliyyətilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov yap.org.az saytına müsahibəsində deyib.
A.Rəhimov bildirib ki, müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul olunur. Onun sözlərinə görə, cari ilin ilk 6 ayı ərzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 6.092 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 1.736 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 3.792 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 564 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
DMX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumatda bildirilir ki, avqust ayı ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 3.657 müraciət daxil olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
Həmçinin DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsində 1.112 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 241 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 733 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 138 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
ƏKBƏR
-
06/02/2012/ 18:16
Xocalı soyqırımı haqqında BMT-yə qətnamə göndəriləcək -
06/02/2012/ 18:14
Niderlandın məşhur “PZC” qəzetinin Azərbaycandan yazması erməniləri hiddətləndirib -
06/02/2012/ 18:12
“Ziyalılar Forumu qeyri-qanuni bir şeydir, üzvləri də fərari ziyalılardır” -
06/02/2012/ 18:11
“İranda yaşayan azərbaycanlılar bu dövlətin əsl sahibidirlər” -
06/02/2012/ 18:09
Azərbaycan Prezidentindən Fransa Senatının son qərarına sərt etiraz -
06/02/2012/ 18:07
“Azərbaycanda müasir, sabit cəmiyyət vardır” -
06/02/2012/ 11:06
Heykəltəraş Ömər Eldarovun “Elegiya” əsəri -
03/02/2012/ 18:10
“Azərbaycan və Türkiyə münasibətlərinə kimsə kölgə sala bilməz” -
03/02/2012/ 18:08
“Fransanın vasitəçi kimi danışması bundan sonra qəbuledilən deyil”

