Baş səhifə | ƏYALƏT | İmişlidə sutkada 10 min gücü olan çirkab sutəmizləyici qurğu tikiləcək

İmişlidə sutkada 10 min gücü olan çirkab sutəmizləyici qurğu tikiləcək

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Həmçinin hər biri saniyədə 30 litr gücü olan 5 subartezian quyusu qazılacaq

“2011-ci ilin sentyabrında icrasına başlanmış “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə İmişli şəhərini içməli su ilə təmin etmək üçün Beyləqan rayonunun  Aşıqalılar kəndi ərazisində hər birinin məhsuldarlığı saniyədə 30 litr olan 5 subartezian quyusu qazılmalıdır. Artıq bu quyulardan biri istismara tam hazırdır, digər quyuların qazıntısıi isə davam edir”.

 Bu barədə “Paritet”ə “Azərsu” ASC-dən məlumat daxil olub. Məlumatda bildirilir ki, mənbədən İmişli şəhərinə qədər 29 kilometr uzunluğunda, magistral xəttin isə 8 kilometrdən artıq hissəsinin çəkilişi başa çatdırılıb: “İstehlakçıların fasiləsiz su təminatına nail olmaq üçün İmişlidə hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd və 1 ədəd 1500 kubmetrlik su anbarları tikilir. Eyni zamanda anbar meydançasında su qəbuledici kamera, xlorator, nasosxana binaları inşa olunur”. Məlumata görə, layihəyə uyğun olaraq İmişli şəhəri ilə yanaşı magistral kəmər boyunca yerləşən 4 kəndə də təmiz su veriləcək: “ “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 40 min nəfər üçün hesablanıb. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün ümumi uzunluğu 180 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi, çirkab suların toplanması üçün 170 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 25  nasos stansiyası, məhsuldarlığı sutkada 10 min kubmetr olan yeni çirkab sutəmizləyici qurğu tikiləcək”. 

ASIF

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az