Baş səhifə | DÜNYA | İran İsraildən Azərbaycanda intiqam almaq istəyib

İran İsraildən Azərbaycanda intiqam almaq istəyib

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Son bir il ərzində Türkiyə, Azərbaycan və Tailandda üç ciddi hücumun qarşısı alınıb

 

 İsrailin nüfuzlu “Haaretz” qəzeti “Şin Bet” məxfi xidmətinin başçısı Yoram Kohenə istinadən  yazır ki,  İran nüvə aliminin qətlinə görə dünya boyu intiqam almaq cəhdlərinə əl atır: “İran aliminin İsrail tərəfindən öldürülməsinin doğru olub-olmadığı heç bir əhəmiyyət kəsb etmir. İran kimi böyük, ciddi ölkə bunun belə davam etməsinə yol verə bilməz.  Onlar İsraili qorxutmaq istəyirlər ki, İran aliminə hücum etmək əmrindən öncə qərar qəbul edənlər bunu yaxşı götür-qoy etsinlər . Kohenin intiqam həmlələri barədə xəbərdarlığı İran üzərinə İsrail hərbi zərbəsi barədə mülahizələrin artmasına təsadüf edir. Tel-Aviv adətən təhlükəsizlik üzrə “Şin-Bet” və “Mossad”xidmətinin fəaliyyətini şərh etmir. Hərçənd ki, prezident Şimon Peres son ay baş verən qətldə ölkəsinin əli olmadığını deyib.

Ötən il ərzində İsrail hədəflərinə həmlələrin qarşısı Türkiyə Azərbaycan və Tailandda alınıb.

Xatırladaq ki, yanvarın əvvəlində universitet müəllimi və nüvə alimi Mustafa Əhmədi-Röşən İran paytaxtının şimalında öz maşınında partladılıb.Son iki il ərzində İranda 4 nüvə alimi qətlə yetirilib.Tehran sui-qəsdlərdə İran və Amerikanı ittiham edib.  Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev və Əli Hüseynovun saxlanılması və terror cəhdinin üstünün açılması barədə rəsmi açıqlama yayıb. Bu şəxslərin İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib.

MƏHƏMMƏD

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az