Baş səhifə | DÜNYA | Qüds günü necə qeyd olunur?

Qüds günü necə qeyd olunur?

Şrift ölçüsü: Decrease font Enlarge font
image

=Hər il mübarək Ramazan ayının son cüməsi müsəlman ölkələrində Qüds günü kimi qeyd edilirr. Belə ki, İran İslam Respublikasının banisi İmam Xomeyninin (r) 1979-cu il avqust ayının əvvəllərində, Ramazan ayının 13-də Ramazan ayının son cüməsini məzlum Fələstin xalqından himayət olaraq Qüds günü elan etdi.

Həmən tarixi bəyanatında İmam Xomeyni (r) Qüds gününü ümumdünya bir gün adlandırmaqla yanaşı, müsəlmanları maddi və mənəvi qüdrətlərini dirçəltməyə çağırır: “Bu gün təkcə Fələstin xalqına məxsus deyil, bəlkə bu gündə bütün müstəzəflər (haqqı tapdalanmışlar) zülümkarlara qarşı müqavimət göstərməlidilər. Quds İslam günüdür. Bu gündə İslam yenidən həyata dönməli və bu dinin qanunları müsəlman ölkələrində qüvvəyə minməlidir. Bu gündə müsəlmanlar ayılmalı, maddi və mənəvi qüdrətlərini dirçəltməlidirlər”.

Qeyd edək ki,  Qüds günü elan edilməsi sionist rejimə qarşı beynəlxalq etiraza yol açdı. 

Ümumdünya Qüds günü həmrəylik nümayişlərində milyonlarla insanın iştirakı dünya miqyasında işğalçı sionist rejimin qeyri-insani və vəhşi xislətini ifşa edir. Ümumdünya Qüds günü bütün ilahi dinlərin tərəfdarları və dünyanın azadlıqsevər insanlarının məzlum Fələstin xalqına dəstək verməsi bu məzlum xalqın sionis  rejim və onun tərəfdarları ilə mübarizəsini gücləndirdi. 1987-ci ildə 1-ci İntifazə qiyamı və 2000-ci ildə Qüds İntifazəsi məzlum Fələstin xalqına himayənin onlara yüksək əhval-ruhiyyə verdiyini göstərir. Qüds günü dünyada sionist rejimə qarşı etirazlar tarixində bir dönüş nöqtəsi olub.

Qeyd edək ki, “Qüds” xüsusi coğrafi və siyasi mövqeyinə görə tarix boyu ardıcıl olaraq regional və regiondan kənar güclərin basqın və hücumlarına məruz qalıb. 200 əsrə yaxın bir dövr ərzində şumerlər, babillilər, aşurilər, kəldanilər, parslar, xristianlar, eyyubilər, monqollar və fatimilərə şamil olunan təqribən 17 hökumət Qüdsə hakimlik edib. Coğrafi baxımdan Aralıq dənizinin 42 dərəcə şimal qərbində yerləşən bu şəhər, dünya müsəlmanları üçün xüsusi əhəmiyyət daşıyır. İslam tarixində ən böyük hadisə, yəni Peyğəmbərin meracı məhz bu şəhərdə baş verib. Tarixi və əbədi bir gecədə böyük İslam peyğəmbəri Həzrət Məhəmməd (s) Qüdsi- Şərifdən kainatın ən uca zirvəsinə yüksələrək, orada öz Allahı ilə danışıb. Elə bu səbəbdən də Qüds müsəlmanların ilk qibləgahı, eləcə də   Merac torpağı kimi yüz milyonlarla müsəlmanın qəlbində xüsusi yer tutur. Xristianların Həzrət İsanın (ə) Qüdsün ətrafında yerləşən Beytül-Ləhm şəhərində dünyaya göz açması barədə iddiaları, eləcə də Məscidül-Əqsanın altında Süleymanın heykəli olması barədə yəhudilərin iddiaları Beytül-Müqəddəsə daha bir qlobal aspekt bəxş edib. Bu şəhər ardıcıl olaraq müsəlmanlarla xristian və monqollar arasında çoxsaylı müharibə ocağına çevrilib və bunun nəticəsi olaraq əsrlər boyu əmin-amanlıq və təhlükəsizlikdən məhrum olub. Miladi tarixi ilə XIX əsrin sonlarından etibarən Orta Şərqdə siyasi, iqtisadi və təhlükəsizlik baxımından bəzi faktorların meydana gəlməsi səbəbindən, Qüds   ciddi şəkildə o zaman dünyaya hegemonluq edən super güclərin, yəni Britaniya və Fransanın diqqət mərkəzində olub. Qırmızı və Aralıq dənizlərini birləşdirən Süveyş kanalının tikintisi bu çaxnaşmalarla dolu regiona yeni bir aspekt gətirdi. Bu kanal 1989-cü ildə fransalı mühəndislər tərəfindən qazıldı və sonralar onun səhmlərinin bir çox hissəsi İngiltərə tərəfindən satın alındı. Süveyş kanalının tikintisindən öncə Britaniya və Fransanın ticarət gəmiləri Hind okeanından tutmuş Atlantik okeana qədər uzanan təqribən 17800 mil məsafəni qət etmək məcburiyyətində idilər. Belə bir vəziyyət o zamanın iki fövqəldövləti üçün iqtisadi və təhlükəsizlik baxımından sərfəli deyildi. Süveyş kanalının qazılması ilə qeyd olunan məsafə 8 min milə qədər azaldı və bu səbəbdən də İngiltərə və Fransa Süveyş kanalının mühafizəsi məqsədilə jandarm axtarmaq qərarına gəldilər.

Orta Şərqdə ilk neft yatağının kəşf edilməsi ikinci aspekt idi. İngiltərəli mühəndis Vilyam Haks Darsi tərəfindən Məscidi-Süleyman şəhərində ilk neft quyusunun qazılması ilə iki ölkə - İngiltərə və Fransa Orta Şərqin neft dənizi üzərində yerləşdiyini duydular.                          

İngilislər öz axtarışları nəticəsində Beytül-Müqəddəsin cənubunda yerləşən Nəqb(Neqava) səhrasında və Rəfəhdə yeni neft quyularını kəşf etdilər ki, bu da Qüdsi- Şərifi və Fələstini bütünlüklə ələ keçirmək istiqamətindəki niyyətlərinin qətiləşməsinə səbəb oldu. 

Üçüncü amil, 1916-cı ildən sonra,   Orta Şərqdə islamçılıq dalğasının genişlənməsi idi. Məhz bu amil yad qüvvələri regiondan kənarlaşdırma prosessini gücləndirməklə yanaşı, Fransanı və İngiltərəni regionun coğrafi- siyasi strukturunu və Qüdsün İslam simasını dəyişmək üçün yeni tədbirlərə əl atmağa məcbur etdi.

1917-ci ildə Rusiyada Böyük Oktyabr çevrilişi baş verdi ki, bu hadisə İngiltərə və Fransa müstəmləkəçiləri üçün yeni güclü maneənin yaranmasına səbəb olan digər aspektlərdən biri sayılır. Oktyabr inqilabından iki il sonra, 1919-cu ildə Fələstinin mərkəzi Qüdsdə ilk Ərəb Kommunist Partiyası yarandı. Təbii ki, Münbit Aypara bölgəsində kommunist bazasının yaranması, İngiltərə və Fransanın mənafelərini təhlükə qarşısında qoyurdu. Bu amillər “Sayks-Peyko” adlı yeni planın təqdimatı ilə Orta Şərq sturukturunun dəyişilməsi və islam dünyasının döyünən qəlbi sayılan Beytül Müqəddəsin işğalı və yəhudilər üçün ölkə yaradılması ilə nəticələndi.

1918-ci ildən ərəblər və ingilislər arasında başlanan yorucu müharibə fransızlarla ingilislərin Orta Şərqdəki nüfuzunu tədricən artırdı və onlar bu regionu öz aralarında bölüşdürdülər. Bu müharibə, 1948-ci ilə kimi, sionist rejiminin varlığının rəsmi şəkildə elan olunduğu zamana qədər Beytül Müqəddəsin qərb hissəsinin işğalı ilə nəticələndi. Sionizm 1948-49-cu illərdə ərəblərə qarşı apardığı müharibədə BMT-nin qərarı ilə Fələstin dövləti üçün ayrılmış ərazinin əksər hissəsini və Qüdsün qərb rayonunu işğal edərək 1,2 milyondan çox müsəlmanı torpaqlarından qovdu və BMT-nin 1947-ci il 29 noyabr tarixli qərarına zidd olaraq 1950-ci ildə Qüdsü paytaxt elan etdi. Müsəlmanların ilk qibləgahı sayılan müqəddəs şəhərin şərqi ilə qərbi arasında olan əlaqə kəsildi və sionist rejimi 1967-ci ilin iyun ayında baş verən savaşda Qüdsün şərq hissəsini də işğal etdi. Sionistlər 1969-cu ildə təhqiredici hərəkətlərə əl ataraq Məscidül-Əqsanı yandırdılar. Onların bu addımı müsəlman xalqlarının qəzəbinə səbəb oldu.

Qeyd edək ki, BMT sionizmi Qüdsün zəbt olunmasına yönəlmiş hər cür addımlardan çəkinməyə çağırsa da, çox təəssüf ki, 40 ildən artıqdır ki,   qərarlar  kağız üzərində qalır. Qərb dövlətlərinin  İsrailə hərtərəfli dəstəyi nəticəsində minlərlə fələstinli öz müqəddəs torpaqlarından didərgin düşmüş vəziyyətdə, səfalət və məhrumiyyətlər içərisində yaşamaq məcburiyyətindədirlər.

B. CAHANDAROV

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az